İstanbulda yaşayış binası çöküb - Fotolar
- 06.02.2019 21:27:05
Türkiyənin İstanbul şəhərinin Kartal bölgəsində 7 mətrəbəli yaşayış binası çöküb.
Gazette xəbər verir ki, 14 mənzildən ibarət yaşayış binasında ümumilikdə 43 nəfərin qeydiyyatda olduğu bildirilir.
Verilən ilkin məlumatlara görə həyata keçirilən axtarış-xilasetmə əməliyyatları çərçivəsində 3 nəfər sağ olmaqla 4 nəfər dağıntılar altından çıxarılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.