Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn günü ilə ilə əlaqədar bu gün anım mərasimi keçirilib.

Gazette xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər, idmançılar, qazilər şəhidlərimizin məzarını ziyarət ediblər. Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov və Fərid Əhmədov həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib. Daha sonra idman ictimaiyyətinin nümayəndələri, qazilər qəhrəmanların şərəfli döyüş yolu haqqında danışmış və gənclərimizin Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bildirmişlər. Həmçinin çıxış edənlər qeyd etdilər ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və ordu quruculuğu istiqamətində görülən işlər cənab Prezident İlham Əliyevin daim nəzarətindədir.

Daha sonra şəhid Fərid Əhmədovun anası Nərgiz xanım tədbir təşkilatçılarına və ziyarətə gələnlərə, şəhidlərimizin xatirəsini əbədi tutan hər bir kəsə öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və himnimiz canlı oxunmuşdur.

Ilham  Safarov adlı şəxsin şəkli.

Ilham  Safarov adlı şəxsin şəkli.

Ilham  Safarov adlı şəxsin şəkli.

Ilham  Safarov adlı şəxsin şəkli.