Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ənənəvi olaraq hər il keçirilən Baltops hərbi dəniz təlimlərinə start verib.

Gazette xəbər verir ki, Baltik dənizində keçirilən təlimlərə bu il 18 ölkədən 8,5 min hərbiçinin qatılıb. Təlimlərdə eyni zamanda 50 hərbi gəmindən, 40 hərbi təyyarədən istifadə ediləcək.

Türkiyə, ABŞ, Belçika, Almaniya, Danimarka, İspaniya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya Birləşmiş Krallıq, Fransa , Estoniya, eyni zamanda tərəfdaş ölkələr Finladiya və İsveçin qatıldığı Baltops-2019 təliminə ABŞ Hərbi Dəniz Qüvvələrinin İkinci Donanması rəhbərlik edəcək.

NATO-dan verilən açıqlamada Baltik dənizinin Alyans üçün strateji önəm daşıdığı və dənizin 6 NATO üzv ölkəsi ilə əhatə olduğunu bildirilib. Təlimlərin hər hansı bir dövlətə qarşı aparılmadığı lakin Rusiyanın Krımı işğal etdikdən sonra regionda vəziyyətin arzu olunan səviyyədə olmadığı açıqlamada qeyd edilib.