Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak edəcəklər.